Netanyahu ABŞ-də: Trampdan “zərbə icazəsi” istəyəcək!
09:10 07.07.2025
Gündəm
408
İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona gedib.
Sherg.az xəbər verir ki, səfər öncəsi İsrail mediasında yayılan xəbər İranla bağlı yeni hücum ehtimalını gündəmə gətirib.
"Jerusalem Post" qəzetinin məlumatına görə, Netanyahu İranın nüvə proqramını yenidən qurmaq cəhdlərinə qarşı hərəkətə keçmək üçün ABŞ Prezidenti Donald Trampdan “yaşıl işıq” istəyəcək.
"Jerusalem Post"a danışan israilli bir mənbə bildirib:
“Əsas məqsəd Livandakı vəziyyətə bənzər bir icazə almaqdır. Yəni nüvə sahəsində şübhəli fəaliyyət müşahidə olunarsa və ya ABŞ və İsrailin vurduğu bölgələrdən uran daşındığına dair sübutlar olarsa, buna qarşı öncədən ABŞ-ın razılığı ilə hərəkət ediləcək.”
Xəbərə görə, İsrailin məqsədi İranın nüvə proqramını bərpa etməsinin qarşısını almaq üçün ABŞ-nin rəhbərliyi ilə bir mexanizm yaratmaqdır.
Həmin rəsmi əlavə edib: “İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq etmədiyi üçün ona qarşı yenidən sanksiya mexanizminin tətbiqini istəyirik.”
İran Prezidenti Məsud Pəzəşkian ötən həftə agentliklə münasibətləri dayandıran qərarı imzalayıb. Nüvə müfəttişləri də təhlükəsizlik səbəbi ilə İranı tərk etdiklərini bildiriblər.
Bu gün Vaşinqtona çatan Netanyahu İsraildən ayrılmadan öncə jurnalistlərə verdiyi açıqlamada deyib:
“İranın bizim məhvimizə yönəlmiş nüvə silahı axtarışına yenidən başlamaq cəhdlərinə qarşı ayıq-sayıq olmalıyıq.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 2 tankerdə partlayış oldu
19:26 12.11.2026
Gündəm
Bakıda oğurluq edən şəxslər saxlanıldı
19:10 12.11.2026
Hadisə
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm