İsrail Baş naziri Benyamin Netanyahu ABŞ lideri Donald Trampı İrana yenidən zərbələr endirməyə həvəsləndirmədiyini bildirib.
Teleqraf "ABC News" telekanalına istinadən xəbər verir ki, bu barədə hökumət başçısı jurnalistin sualını cavablandırarkən deyib.
B. Netanyahudan Ağ Evdə Donald Trampla görüşərkən ona İrana hücum etməsi üçün təzyiq göstərib-göstərmədiyi soruşulub. O isə bu xəbərlərin yalan olduğunu söyləyib:
"Xeyr, bu, sadəcə uydurmadır və doğru deyil. Biz iki dost kimi oturub vəziyyətlə bağlı 3 fərqli yolu açıq şəkildə müzakirə etdik. İrana zərbə endirilib-endirilməməsi ilə bağlı son qərarı ancaq Trampın özü verə bilər".