“Netanyahunun "soyqırımı" bombası nüvə silahından təhlükəlidir” -Analitik

Tural İrfan: İsrailin “erməni soyqırımı” qərarı Türkiyə və Azərbaycana qarşı siyasi təxribatdır

"İsrail özü az qala bir əsrə yaxındır ki, müsəlman, ərəb soyqırımı həyata keçirir, indi qondarma "erməni soyqırımı"nı tanıyan rəsmi qərar qəbul edir. Yəqin gözləyirmiş ki, İranla savaş zamanı Türkiyə və Azərbaycan İsrailə dəstək versin"

Bunu Sherg.az-a siyasi şərhçi Tural İrfan deyib.

O qeyd edib ki, İsrail təhrik, təxribat baş tutmadığına görə indi hikkəsindən bu yola əl atır:

"Deyir, oğru elə bağırdı, doğrunun bağrı yarıldı. İsrail özünün törətmiş olduğu bəşəriyyətə qarşı olduqca ağır cinayətləri ört-basdır edib unutdurmaq, diqqəti mövzudan yayındırmaq üçün qabaqdangəlmişlik edir. Elədirsə yatmış müsəlman aləmi, türk dünyası da birləşib "ərəb soyqırımı", "müsəlman genosidi", "Qəzza soyqırımı"nı tanımalıdır. Açıq məqsədi bütün müsəlmanların kökünü yer üzündən kəsmək olan, bununla bağlı real aktlar həyata keçirən, mütəmadi olaraq fərqli üsullarla bunu bəyan etməkdən belə çəkinməyən bir rejim artıq nəinki təkcə İslam aləmi, bütün bəşəriyyət üçün qlobal problemə çevrilir. Yəhudi xalqına ən böyük problem yaradan, dünyadan təcridinə əsas verən, gələcəkdə məsuliyyət, cavabdehlik qarşısında qoyan addımlar İsrailin lehinə nəticələnməyəcək. Əslində bütün dünya bilir ki, İsrailin məqsədi müsəlman genosidi və "vəd edilmiş torpaqlar" adlandırdığı ölkələri işğal etməkdir. Bu torpaqların içində Türkiyənin də əraziləri göstərilir. Belə ki, İsrail Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu 2024-cü ilin may ayında sosial media hesabında "azad Kürdüstan"ı dəstəkləyən təxribat xarakterli xəritə paylaşmışdı. Həmin xəritədə Türkiyənin şərq və cənub-şərq bölgələri ilə yanaşı, Azərbaycanın Naxçıvan Muxtar Respublikası da qondarma və xəyali qurumun ərazisi kimi göstərilirdi. Təbii ki, İsrail bununla əslində xalqlar arasında düşmənçilik salaraq tərəfləri zəiflədib, parçalayıb sözü gedən əraziləri gələcəkdə "böyük İsrail" ərazilərinə qatmağı planlayırdı".

Analitik bildirib ki, Ermənistan ilə Azərbaycan və Türkiyə arasında sülhün, razılığın rəsmiləşməsi prosesinə gedən yolda belə bir qərarın ortaya çıxması düşmənçilik xarakteri daşıyır və qəbuledilməzdir:

"Beynəlxalq Məhkəmənin haqqında həbs qərarı verdiyi, bəşəriyyətə qarşı olduqca ağır cinayətlər törətmiş bir adamın indi də bəşəriyyətin yerdə qalan hissəsinin taleyini hədəfə çevirməyi planlaşdırması sadəcə dəhşətlidir. Dünya bu dəhşətə susmamalı, seyrçi qalmamalıdır. Qəzza, Livan, Suriya, Fələstin əhalisini tamamilə qırarkən ona mane ola biləcək müsəlman dövlətlərini neytrallaşdırmaq, ram etmək istəyir ki, sonra da həmin ölkələrin özünə keçsin. Aylar öncə genosidə uğradıb hələ qanı qurumamış müsəlmanların yerdə qalan hissəsinə də bu cür münasibət açıqca səlib yürüşündən xəbər verir. Əgər bu məsələyə ABŞ, Avropa Birliyi susqun qalarsa tamamilə sübut olunacaq ki, bu, yəhudilərin qabağa verilərək aparılan konkret səlib yürüşüdür. Eynən Səlahəddin Əyyubi dövründə olduğu kimi açıqca müsəlman aləminə qarşı yəhudi-xristian savaşıdır. Ərəblərlə bildik, problemin var. Farslarla da problem yaratdın. İndi də türklərə qarşı savaş açırsan. Müsəlmanların müqəddəs Məscidi Əqsasını əsir edib dağıtmağa, əhalinin sağ qalan hissəsini də yeni soyqırımına uğratmağa başlamamış İslam aləmi bu yürüşə qarşı birləşməli, türk birliyi hərəkətə keçməlidir. Bir əsrə yaxındır ki, bütün Yaxın Şərqi, müsəlman aləmini qana, terrora qərq edib yer üzündə fitnə-fəsad törədən İsrailin həddi aşan mənfur əməllərinə və qondarma "erməni soyqırımı"nı tanımasına qarşı bütün dünya öz etirazını ifadədə edərək bəşəriyyəti nüvə silahından daha təhlükəli olan Netanyahu bombasından xilas etməlidir".