Neytral mövqe sərgilədilər: Tramp Putin və Si Cinpinə görə təşəkkür edib

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpini ABŞ–İran gərginliyi zamanı neytral mövqe sərgilədiklərinə görə təşəkkür edib.

Sherg.az xəbər verir ki, Tramp G7 sammiti çərçivəsində jurnalistlərə açıqlamasında hər iki liderin münaqişəyə qarışmamasını yüksək qiymətləndirdiyini bildirib.

Onun sözlərinə görə, Rusiya və Çin tərəfsiz mövqe tutaraq vəziyyətin daha da gərginləşməsinin qarşısını alıblar.

Qeyd edək ki, ABŞ, İran və Pakistan arasında Yaxın Şərqdə atəşkəsə dair razılaşmanın əldə olunduğu bildirilir. Sazişin İsveçrədə imzalanması planlaşdırılır.