Ağdamda növbəti 117 ailəyə mənzillərinin açarları təqdim edilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, təqdimetmə mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edib.
***
14:48
Ağdam şəhərinə yola salınan növbəti köç karvanı şəhərə çatıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu gün səhər saatlarında respublikanın müxtəlif ərazilərindən yola salınan 117 ailə, ümumilikdə 362 nəfər Ağdam şəhərinə çatıb.
Mənzil başına çatan sakinlərə sahib olduqları mənzillərin açarları təqdim ediləcək.
Qeyd edək ki, Ağdama köçürülən ailələr “Böyük Qayıdış” proqramı çərçivəsində şəhərdə onlar üçün inşa edilmiş mənzillərlə təmin olunurlar.

***
06:58
Bu gün Ağdam şəhərinə növbəti köç olub.
Teleqraf xəbər verir ki, bu mərhələdə şəhərə 362 nəfərdən ibarət 117 ailə köçürülüb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.