Ombudsman Aparatında müşavirə keçirilib
16:20 21.06.2024
Gündəm
466
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ombudsman Aparatında cari ilin altı ayının yekunlarına dair müşavirə keçirib.
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, Aparatın struktur bölmələrinin rəhbər və əməkdaşlarının iştirak etdiyi müşavirədə 2024-cü ilin birinci yarısında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən fəaliyyət, Müvəkkilə ünvanlanan şikayət və müraciətlər, müxtəlif əhali qruplarının hüquqlarının təmini, Ombudsmanın milli preventiv mexanizm fəaliyyəti çərçivəsində işgəncə və pis rəftar hallarının qarşının alınması ilə bağlı görülən işlər barədə müzakirələr aparılıb, hesabatlar dinlənilib.
Müşavirədə Ombudsman haqqında Konstitusiya Qanununa edilmiş dəyişikliklər əsasında Müvəkkilin yeni funksiyalarının icrası istiqamətində fəaliyyətinin daha da gücləndirilməsi və digər məsələlər müzakirə olunub.
Eyni zamanda, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üzrə həyata keçirilmiş fəaliyyət və bu istiqamətdə nəzərdə tutulan tədbirlər barədə müzakirə aparılıb.
Müşavirə zamanı, həmçinin qarşıda duran vəzifələrdən bəhs olunub, struktur bölmələrə müvafiq tapşırıqlar verilib.
Yekunda Ombudsman Səbinə Əliyeva insan hüquqlarının daha səmərəli müdafiəsi, MPM qismində fəaliyyəti və digər prioritet istiqamətlərdə fəaliyyətin inkişafına və daha da təkmilləşdirilməsinə dair tövsiyələrini verib.
Oxşar xəbərlər
Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən çıxarılması ilə bağlı iclas çağırılacaq
21:01 27.10.2026
Baxçalıdan Türk dünyasına mesaj: “Heç bir fikir ayrılığı qardaşlığımızı pozmamalıdır”
19:27 27.10.2026
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya