Ombudsman Moldova parlamentinin sədrini Ermənistanın müharibə cinayətləri barədə məlumatlandırıb
19:46 26.09.2023
Gündəm
486
İşğaldan azad olunmuş torpaqlarımızda Ermənistan tərəfindən basdırılmış minalar hərbi qulluqçularımızın və mülki şəxslərin həyatına son qoymaqda davam edir.
APA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Kişineuda Moldova parlamentinin sədri İqor Qrosu ilə görüşündə söyləyib.
S.Əliyeva bildirib ki, Azərbaycan tərəfi işğaldan azad olunmuş ərazilərimizdə basdırılmış minaların düzgün xəritələrini dəfələrlə tələb etməsinə baxmayaraq, Ermənistanın xəritələri təhvil verməkdən boyun qaçırması bu ölkənin günahsız insanların qətlində maraqlı olduğunu, beynəlxalq humanitar hüquq normalarına etinasız münasibətini bir daha göstərir.
Azərbaycan torpaqlarında Ermənistan tərəfindən törədilən müharibə cinayətləri barədə ətraflı məlumat verən Ombudsman qeyd edib ki, Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyi bu günədək naməlum qalır. Bu cür faktlar Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərini, beynəlxalq hüququn norma və prinsiplərinin birbaşa pozulması hallarını sübut edir.
Ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu deyən İqor Qrosu bildirib ki, Moldova haqlı mübarizəsində həmişə Azərbaycanın yanında olub. Bu gün də Moldova dövləti Azərbaycanda baş verən hadisələri diqqətlə izləyir.
“Moldova ilə Azərbaycan arasında müxtəlif sahələrdə sıx əlaqələr və səmərəli əməkdaşlıq mövcuddur. Onlar ümumi dəyərlərə, sülh və sabitliyi paylaşdığımız öhdəliyə əsaslanır. Biz bu əlaqələri möhkəmləndirmək istəyirik”, - deyə İqor Qrosu əlavə edib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da müzakirələr aparılıb.
Müzakirələrdə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov da iştirak edib.
Qeyd edək ki, S.Əliyeva Moldova Xalq Müdafiəçisi Aparatının yaradılmasının 25-ci ildönümü ilə bağlı keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Kişineuda səfərdədir. Azərbaycan Ombudsmanı səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou