Orbanın gözlənilməz məğlubiyyəti: Trampa yaxınlıq seçkilərin taleyini dəyişdi

Macarıstanın Baş naziri Viktor Orban parlament seçkilərində məğlubiyyətə uğrayıb. Bu nəticənin əsas səbəblərindən biri onun ABŞ prezidenti Donald Trampla yaxın münasibətləri olub.

Sherg.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazır.

Məlumata görə, Fransanın sağçı “Milli Birlik” partiyasının nümayəndəsi bildirib ki, “mövcud şəraitdə ABŞ-la yaxınlıq macar seçicilər tərəfindən o qədər də müsbət qarşılanmayıb”.

Bir gün əvvəl Orban parlament seçkilərindəki məğlubiyyətini açıq şəkildə etiraf edərək, bunun aydın və genişmiqyaslı olduğunu bildirib.

Qeyd edək ki, Macarıstanda parlament seçkiləri ötən bazar günü keçirilib. Səslərin 98,9 faizi sayıldıqdan sonra müxalif “Tisa” partiyası, lideri Peter Madyarın rəhbərliyi ilə hakim partiyanı xeyli qabaqlayır. İlkin nəticələrə görə, “Tisa” parlamentdə 199 yerdən 136-nı, Orbanın rəhbərlik etdiyi hakim partiya isə 57 mandat qazanacaq.

Seçkilərin yekun nəticələrinin aprelin 18-i axşam saatlarına qədər təsdiqlənəcəyi gözlənilir.