Ordumuzun qanuni tələbini icra edən komandir həbs edildi
Ordumuzun qanuni tələbini icra edən komandir həbs edildi
Yusif Nəzərli
13:08 10.10.2023
Gündəm
344
Ermənistan silahlı qüvvələrinin keçmiş korpus və hərbi hissələrin komandirlərinə 2021-ci ilin noyabrında işğalda saxladıqları Azərbaycan ərazisindən Ordumuzun tələbi ilə geri çəkildiyi üçün ittiham elan edilib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti yaydığı məlumatdan aydın olur.
İstintaq iddia edib ki, ordu korpuslarından birinin komandiri vəzifəsini tutan V.Q. (Vahram Qriqoryan) 2021-ci il noyabrın 14-də bölmə komandiri A.M.-yə düşmənlə (Azərbaycan - red.) danışıqlara icazə verib. Bundan sonra o, A.M.-dən düşmənin yolunun açılması ilə bağlı göstəriş alıb və şəxsi heyəti döyüş növbətçiliyi çərçivəsində vəzifələri yerinə yetirməkdən yayındırmaq barədə əmr verib.
Hərbi hissənin komandiri A.M. danışıqları dayandırıb düşmənin irəliləməsinin qarşısını almaq üçün atəş açmaq əmri vermək əvəzinə, düşmən zabitləri ilə birlikdə rotalardan birinin müdafiə xəttinə çıxıb. Bölük komandirləri M.P. və A.T. G.İ.-nin əmri əsasında hərəkət etmək əvəzinə, düşmənin psixoloji təzyiqinə tab gətirməyərək müqavimət göstərmədən, yuxarı rəislərin icazəsi olmadan mövqelərini tərk ediblər. Bölmə komandiri ilə birlikdə mühasirəyə düşüblər. Nəticədə düşmən heç bir müqavimət görmədən Ermənistanın “suveren ərazisini işğal” edərək bir sıra döyüş mövqelərini nəzarətə götürüb.
Qeyd edək ki, Azərbaycan Ordusu əslində xəritə əsasında şərti sərhəddə Azərbaycanın ərazisinə aid mövqelərə yiyələnib və düşməndən də işğal zamanı girdikləri Azərbaycan ərazilərini tərk etməyi tələb edib. Ermənistanın korpus komandiri işğal etdiyi ərazilərdən çəkildiyi üçün hazırda ona ittiham elan edilib.
Facebook
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial