Paşinyan Bakıya gələcək - Özü AÇIQLADI

Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə verdiyi sensasion bəyanatda gələcəkdə Azərbaycana rəsmi səfər etmək niyyətində olduğunu açıq şəkildə elan edib.

Erməni hökumət başçısı ölkəsinin beynəlxalq əlaqələrini çoxşaxəli şəkildə inkişaf etdirmək əzmində olduğunu vurğulayaraq yaxın illərdə Bakıda keçirilməsi planlaşdırılan qlobal tədbirə qatılmaq istədiyini bildirib.

Paşinyan çıxışında rəsmi İrəvanın xarici siyasət prioritetlərinə toxunaraq qətiyyətlə qeyd edib: "Mən həm Moskvaya, həm Vaşinqtona, həm də Brüsselə gedəcəm. Artıq əvvəllər də bəyan etdiyim kimi, Bakıda təşkil olunacaq Avropa Siyasi Birliyinin sammitində şəxsən iştirak etmək imkanı qazanacağıma böyük ümid bəsləyirəm. Biz beynəlxalq münasibətlərimizi tamhüquqlu və genişmiqyaslı şəkildə inkişaf etdirmək niyyətindəyik".

Ermənistan Baş naziri həmçinin son dövrlər mətbuatda geniş müzakirə olunan bir mövzuya - İrəvanla Moskva arasında yaranan ciddi çatlar barədə iddialara da aydınlıq gətirib. O, Rusiya ilə münasibətlərdə guya hansısa gərginliyin mövcud olması barədə gəzən söhbətləri tamamilə "süni" adlandıraraq bu cür şayiələrin heç bir real əsası olmadığını iddia edib. /Musavat.com