Paşinyan: Ermənistan-Rusiya münasibətlərini pozmaq mümkün deyil

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Moskva ilə İrəvan arasındakı münasibətlər qarşılıqlı hörmətə əsaslanır və möhkəm institusional təmələ malikdir.

Sherg.az xəbər verir ki, Ermənistan hökumətinin başçısı vurğulayıb ki, Ermənistan və Rusiya arasındakı münasibətlər dərin institusional xarakter daşıyır və qarşılıqlı hörmət prinsipi üzərində qurulub.

Paşinyan qeyd edib ki, bəzi qüvvələr iki dövlət arasında münasibətləri qəsdən pozmağa və fikir ayrılığı yaratmağa çalışırlar. Onun sözlərinə görə, bu mümkün deyil, çünki onun Rusiya prezidenti Vladimir Putin ilə şəxsi münasibətləri formalaşıb.

İyunun 1-də Putin Paşinyanı ad günü münasibətilə təbrik edib və Moskva ilə İrəvan arasındakı münasibətlərin dostluq xarakteri daşıdığını bildirib. Rusiya lideri erməni həmkarına möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzulayıb.