Ermənistan Türkiyə ilə sərhədin açılmasını səbirsizliklə gözləyir.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirilən panel müzakirəsində deyib.
O bildirib ki, hazırda Ermənistan TRIPP layihəsinin həyata keçirilməsinə diqqət yetirir.
N. Paşinyan qeyd edib ki, layihənin reallaşdırılması nəticəsində Ermənistanın dəmir yolu əlaqələri genişlənəcək:
"Əvvəla, biz Azərbaycanla dəmir yolu əlaqəsi əldə edəcəyik. Ermənistanla Türkiyə arasındakı sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin yaradılmasını səbirsizliklə gözləyirik. Ümumilikdə bu, beynəlxalq logistikanı dəyişəcək, çünki beynəlxalq ictimaiyyət Şərqlə Qərb arasında yeni marşrut əldə edəcək".