Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin siyasi kursunu izah etmək üçün quş haqqında alleqoriya danışıb.
Sherg.az xəbər verir ki, məzuniyyətdə olan Paşinyan paylaşdığı videoda qapalı məkana düşən kiçik quşun saatlarla şüşəyə çırpılaraq çıxış yolu axtardığını göstərib.
Paşinyan bildirib ki, quş nə qədər şüşəyə çırpılsa da, bu yolla çölə çıxa bilməyəcək. Onun sözlərinə görə, çıxış yolu yaxınlıqdakı açıq qapını tapmaq və fərqli istiqamət seçməkdir.
Baş nazir qeyd edib ki, bu alleqoriya Ermənistanın tarixi inkişaf yolu və ölkənin gələcək seçimini ifadə edir. O, vətəndaşları mövcud yanaşmaları dəyişərək yeni yol seçməyə çağırıb.