Paşinyan: KTMT-dən çıxarılma qərarı olsa, qəbul edəcəyik

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvləri ölkənin təşkilatdan çıxarılması barədə qərar qəbul edərsə, İrəvan bunu qəbul edəcək.

Sherg.az xəbər verir ki, Paşinyan jurnalistlərə açıqlamasında KTMT-də xaric edilmə mexanizminin mövcud olduğunu və işlədiyini deyib. O qeyd edib ki, belə bir qərar veriləcəyi təqdirdə Ermənistanın başqa seçimi olmayacaq.

Xatırladaq ki, Ermənistan 2024-cü ildən KTMT-də iştirakını “dondurub” və təşkilatla münasibətlərdə aktiv iştirakdan imtina edib.