Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələri hakim partiyanın üstünlüyünü qoruduğunu göstərir. Baş nazir Nikol Paşinyan son illərdə Rusiyadan uzaqlaşan siyasəti ilə diqqət çəkir və artıq Moskvanı müttəfiq adlandırmır.
Sherg.az xəbər verir ki, müxalifət seçkilərin gərgin şəraitdə keçdiyini bildirərək hakimiyyəti inzibati resurslardan istifadə etməkdə, seçicilərə təzyiq göstərməkdə və pozuntulara yol verməkdə ittiham edib. “Ermənistan” blokunun nümayəndəsi İşxan Saqatelyan hakimiyyətin hər vasitə ilə mövqeyini qorumağa çalışdığını iddia edib.
Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici fəallığı 58,97 faiz təşkil edib. Səslərin hesablanması davam etsə də, ilkin nəticələr Paşinyanın rəhbərlik etdiyi partiyanın liderliyini saxladığını göstərir.