Paşinyan: Yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsi imzalanacaq

Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh sazişini imzalamaq niyyətindədir.

“News.am” xəbər verir ki, bu barədə bu gün Ermənistan parlamentin komissiyasının iclasında Baş naziri Nikol Paşinyan bildirib.

“Bu istiqamətdə işlər görəcəyik”, - Paşinyan deyib.

O qeyd edib ki, TRIPP-in ratifikasiya prosesi yaxın vaxtlarda başlamalıdır.