Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya planlaşdırılan səfəri ölkənin gələcəyinə ciddi təsir göstərə bilər.
Sherg.az xəbər verir ki, bunu “Ana Ermənistan” partiyasının tərəfdarı, politoloq Yervand Bozoyan bildirib.
Onun sözlərinə görə, son aylarda Ermənistan-Rusiya münasibətləri gərginləşib. Bozoyan hesab edir ki, Paşinyan Rusiyaya meyilli siyasətçilərin həbslərindən Vladimir Putinlə danışıqlarda “kozır” kimi istifadə etmək niyyətindədir.
Politoloq bildirib ki, Moskvanın bu oyuna getməyəcəyini və Paşinyanı uğursuzluğun gözlədiyini düşünür.
Bozoyanın sözlərinə görə, Ermənistan-Rusiya münasibətləri tamamilə pozularsa, Rusiyanın yerini Türkiyə tuta bilər.