Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçirilən sammiti çərçivəsində görüşü gözlənilir.
Sherg.az xəbər verir ki, köşə yazarı Aleksandr Qrişinin fikrincə, bu görüş Paşinyan üçün Ermənistanın gələcək xarici siyasəti baxımından mühüm əhəmiyyət daşıyır.
Müəllif yazır ki, Paşinyan əvvəllər Rusiya ilə yaranmış ziddiyyətləri həll edəcəyini vəd etsə də, Moskva ilə münasibətlərdə ciddi irəliləyiş əldə olunmayıb. Eyni zamanda, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması və TRIPP layihəsində iştirakı Moskvanın narazılığına səbəb olub.
Qrişin hesab edir ki, Putin görüş zamanı Paşinyana seçim imkanı verə bilər, lakin qərarı Ermənistan rəhbəri özü verməli olacaq.
Müəllif Paşinyanın Putinlə görüşünü “Ermənistanı gələcək böhrandan xilas etmək üçün son şans” kimi qiymətləndirib.