ABŞ Müdafiə Nazirliyində (Pentaqon) siyasi məsələlər üzrə müavini Elbridc Kolbi bildirib ki, Ukraynaya dəstək yükünü bundan sonra əsasən ABŞ-nin müttəfiqləri üzərinə götürməlidir.
Sherg.az xəbər verir ki,Kolbinin sözlərinə görə, Kiyevə göstərilən yardım ABŞ-nin böyük maliyyə töhfələrindən asılı olmamalıdır. Kolbi Avropa və digər müttəfiqləri həm maliyyələşdirmə, həm də silah istehsalı və tədarükünü öz üzərlərinə götürməyə çağırıb.
Məlumatlara görə, ABŞ administrasiyasının 2027-ci il büdcə layihəsində Ukraynaya birbaşa yardımın nəzərdə tutulmaması da bu yanaşmanı gücləndirir. Sənəddə Ukraynaya nə silah tədarükü, nə də əlavə maliyyə yardımı ilə bağlı müddəa yer alıb.