Peskov: Putin və Paşinyanın görüşü ilə bağlı hələlik dəqiq razılaşma yoxdur

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşlə bağlı hələlik dəqiq razılaşma yoxdur.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Rusiya və Ermənistan liderləri arasında təmasların hazırlanıb-hazırlanmaması ilə bağlı suala cavabında bildirib.