Prezident İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirini qəbul edib -YENİLƏNİB
10:10 01.03.2024
Gündəm
351
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak edən İtaliya Respublikasının ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratini qəbul edib.
Cilberto Piketto-Fratin İlham Əliyevi prezident seçkilərində qələbəsi və COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbrik edib.
Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib.
İtaliyalı nazir bu il ölkəsinin G7 formatının rəhbəri qismində çıxış etdiyini deyərək bu əməkdaşlıq formatında COP29-a ev sahibliyi edən Azərbaycan tərəfinin G7 ölkələrinin ekologiya və mineral ehtiyatlar nazirlərinin xüsusi görüşünə qatılmasının vacibliyini bildirib və bununla bağlı dəvəti çatdırıb.
Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrə toxunulub, çox sayda İtaliya şirkəti, o cümlədən “Ansaldi”, “Leonardo”, “Maritexnimont” və bir sıra digər şirkətlərin Azərbaycan ilə əməkdaşlıq etməsi, işğaldan azad olunmuş ərazilərilərimizdə İtaliya şirkətlərinin fəaliyyət göstərməsi məmnunluqla qeyd olunub.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
***
Prezident İlham Əliyev İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirini qəbul edib.
Sherg.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak edən İtaliya Respublikasının ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratini qəbul edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı
09:55 30.10.2026
Hadisə
Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub
09:41 30.10.2026
İqtisadiyyat
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb
09:31 30.10.2026
Gündəm
Bitkoinin qiyməti 79 min dollardan aşağı düşüb
09:19 30.10.2026
İqtisadiyyat
"Milan" və "İnter"in yeni stadionunun adı müəyyənləşdi
08:48 30.10.2026
Futbol
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
07:50 30.10.2026
Sağlamlıq