Professordan təklif: “Məktəblərdə “Zəfər-vətən” dərsləri keçirilsin !”
Banuçiçək Kalbalıyeva
10:14 04.12.2020
Gündəm
1585
“Həmin gün bütün müəllimlər tarixi qələbəmizdən, o cümlədən bu zəfərin əhəmiyyətindən danışsınlar”
“Eyni zamanda azad edilmiş ərazilərimizdən, şəhid və qazilərimizin fədakarlığındann, birlik və həmrəyliyimizdən söz açsınlar”
Məlum olduğu kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabr ayının 8- i ölkədə Zəfər günü kimi qeyd edilir. Beləliklə, gələcək nəsillər Azərbaycanın qazandığı tarixi uğurdan xəbərdar olmaqla yanaşı, biz həm də ərazi bütövlüyümüz uğrunda canından keçən və buna nail olan şəhidlərimizi anacağıq. Sözügedən sərəmcamla əlaqədər müxtəlif addımlar atılmaqdadır.
BDU-nun Jurnalistika fakültəsinin professoru, tarixçi-alim Nəsiman Yaqublu da “Sherg.az”a açıqlamasında maraqlı təkliflə çıxış edib. O, noyabrın səkkizinin təhsil müəssisələrində qeyd edilməsinin tərəfdarıdır:
“Məncə, sərəncama uyğun olaraq hər il noyabrın 8-də ali və orta məktəblərdə xüsusi mövzunun- “zəfər-vətən” dərslərinin keçirilməsi yaxşı olar. Həmin gün bütün müəllimlər tarixi qələbəmizdən, o cümlədən bu zəfərin əhəmiyyətindən, azad edilmiş ərazilərimizdən, şəhid və qazilərimizin fədakarlığındann, birlik və həmrəyliyimizdən danışsınlar. Xüsusilə qeyd etmək istərdim ki, həmrəylik ancaq ön cəbhədə yox, arxa cəbhədə-mülki əhali arasında da var idi. Biz bu günləri unuda bilmərik. Ona görə də müxtəlif görüntülər, slaydlar vasitəsilə belə dərslərin keçirilməsini məqsədəuyğun hesab edirəm. Şəxsən mən həmin materialları hazırlamağa və dərsi tədris etməyə hazıram”.
N.Yaqublu belə bir təşəbbüsün əhəmiyyətindən də söz açıb:
“Bu, çox vacib, hətta mən deyərdim ki, taleyüklü məsələdir. Çünki biz Azərbaycan tarixinin yeni dövrü ilə yanaşı, həm də Azərbaycan vətənpərvərliyinin yeni bir formasını yaşayırıq.
Gənclərimiz bunu bilməli, öyrənməlidirlər. Biz Sovet dəyərlərini unudub, Azərbaycan əxlaq sisteminə daxil oluruq. Bu isə o deməkdir ki, qalib ruhlu yeni cəmiyyət quruculuğuna başlayırıq.
Gənclərimizi şəhidlərimizin, qazilərimizin ruhunda tərbiyə etməliyik. Fakültəmizin bu gün keçirilən elmi seminarında bu təklifi səsləndirdim. Həmkarlarım məni dəstəklədilər. Fikrimcə, ali məktəb rəhbərləri və Təhsil Nazirliyinə müraciət etdikdən sonra məsələni kütləviləşdirmək və reallaşdırmaq olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual