Putin Çinə səfər edib

Rusiya Prezidenti Vladimir putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Çinə səfər edib.

APA TASS-a istinadən xəbər verir ki, onun təyyarəsi Tiencin şəhərinin Binxay Beynəlxalq Hava Limanında enib.

Putin ŞƏT-in Dövlət Başçıları Şurasının 25-ci Zirvə Toplantısında iştirak etmək üçün Çinin Tyancin şəhərindədir.