Putin-Uitkoff danışıqları başa çatıb

Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə danışıqları başa çatıb.

APA-nın Moskva bürosu xəbər verir ki, Kremldə keçirilən danışıqlar 5 saata yaxın davam edib.

Danışıqların yekunu ilə bağlı Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun mətbuata açıqlama verəcəyi gözlənilir.