Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqları iki saatdan çoxdur davam edir.
APA-nın Moskva bürosunun məlumatına görə, görüş Kremldə keçirilir.
Qeyd edək ki, Donald Trampın xüsusi nümayəndələri Uitkoff və Kuşner Ukrayna münaqişəsinin nizamlanması perspektivlərini müzakirə etmək məqsədilə sentyabrın 5-də Moskvaya səfər ediblər.
Onların Moskvadakı danışıqlardan sonra sentyabrın 6-da Kiyevə səfər edərək Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəkləri gözlənilir.
***
21: 00
Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə görüşü baş tutub.
APA-nın Moskva bürosu xəbər verir ki, görüş Kremldə keçirilir.
Rusiya tərəfdən görüşdə prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və xüsusi nümayəndəsi Kirill Dmitriyev iştirak edir.
Kremlin mətbuat xidməti görüşün görüntülərini yayıb.
Putin amerikalı danışıqçılarla görüşdə müzakirə edəcəyi vəziyyəti mürəkkəb adlandırıb.