Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin görüş təklifinə baxmayaraq, hazırda onunla görüşməyin mənası yoxdur.
Sherg.az xəbər verir ki, Putin daimi sülh sazişinə ehtiyac olduğunu vurğulayıb, eyni zamanda Ukraynanın hücumlarının Rusiyaya müəyyən zərər vurduğunu və buna görə hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinin vacib olduğunu qeyd edib.
Rusiya lideri həmçinin bildirib ki, Qərbin sanksiyaları onları tətbiq edən ölkələrə də zərər verir. O, Rusiyanın dondurulmuş aktivlərinin 300 milyard dollar olduğunu, lakin ölkənin valyuta ehtiyatlarının 500 milyard dolları keçdiyini deyib.
Putinin açıqlamalarına cavab verən Zelenski isə Rusiyanın yenidən müharibəyə üstünlük verdiyini və Putinin müharibəni bitirmək istəmədiyini bəyan edib.