Putinin bütün hədəfləri uğursuz oldu - Stubb

Putinin bütün hədəfləri tamamilə uğursuz oldu.

Axar.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb deyib.

"Yadınızdadırsa, Putinin məqsədi Ukraynanı ruslaşdırmaq idi. Amma o, Avropaya çevrildi.

Rusiyanın məqsədi NATO-nun genişlənməsinin qarşısını almaq idi - Finlandiya və İsveç NATO-ya qoşuldu.

Rusiyanın məqsədi Avropanın müdafiə xərclərini aşağı səviyyədə saxlamaq idi. Biz 5%-lik xərclərə gedirik.

Ukraynanın yaşaması, çox güman ki, Ukraynanın bu müharibədə qalib gəlməsi demək olacaq”, - Stubb bildirib.