Putinin Köçəryana təbrikində verdiyi mesaj nədir? - Ekspert açıqladı

Putinin Robert Köçəryanı 72 yaşı münasibətilə təbrik etməsi Ermənistana siyasi mesajdır.

Sherg.az xəbər verir ki, bunu Rusiya politoloq Sergey Markedonov deyib.

Ekspert hesab edir ki, Moskva Köçəryanın taleyinə biganə olmadığını göstərir və bunu İrəvana açıq təzyiq göstərmədən, diplomatik şəkildə çatdırır.

Markedonovun sözlərinə görə, Rusiya ilə Ermənistan münasibətləri postsovet tarixinin ən aşağı səviyyəsindədir. Putinin Köçəryana “sınaqlar qarşısında dözüm” arzulaması isə keçmiş prezidentə həmrəylik nümayişi kimi qiymətləndirilir.

Köçəryan avqustun 27-də iki aylıq müddətə həbs edilib.