Qadağan olunmuş yerlərdə siqaret çəkənlərə qarşı tədbir: Polis CƏRİMƏLƏYİR
10:35 29.02.2020
Gündəm
695
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələrin icrası diqqət mərkəzində saxlanılır, tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədilə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir.
DİN-in mətbuat xidmətindən Sherg.az-a verilən məlumata görə, respublikanın şəhər, rayon polis orqanları tərəfindən aidiyyəti təşkilatlarla birgə qanunla tütün çəkilməsinə icazə verilməyən yerlərdə - təhsil və tərbiyə, səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində, uşaq meydançalarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində, Metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda, avtobusların dayanacaq məntəqələrində, liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində, taksafonlarda, yanacaqdoldurma məntəqələrində monitorinqlər keçirilib, fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, eləcə də əhali arasında geniş izahat işləri aparılıb.
Maarifləndirmə tədbirləri çərçivəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunun 11-ci maddəsinin 11.4-cü bəndinə əsasən, müvafiq qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzi Sisteminə və www.mia.gov.az elektron saytına müraciət etmək hüququnun olması barədə vətəndaşlara, fiziki və hüquqi şəxslərə, fərdi sahibkarlara məlumat verilib.
Ümumilikdə, 2018-2019-cu illər ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 3034, tütün məmulatlarını yetkinlik yaşına çatmayanlara satdıqlarına görə 453 şəxs İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunub. Onlara tətbiq edilmiş cərimələr 137.290 manat təşkil edib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya