Qaqik Tsarukyan 7 il əvvəlki cinayət işi üzrə dindirilib

Qaqik Tsarukyan 7 il əvvəl açılmış cinayət işi üzrə Ermənistan İstintaq Komitəsində dindirilib. Böyük Ermənistan Partiyası lideri olan Tsarukyanın dindirilməsi həmin işlə bağlı aparılan istintaq çərçivəsində baş tutub.

Sherg.az-ın məlumatına görə, siyasətçinin vəkili Emin Xaçatryan bildirib ki, Tsarukyan deputatlığa namizəd olduğu və toxunulmazlıq hüququna malik olduğu halda, Mərkəzi Seçki Komissiyasının icazəsi olmadan ifadə verməyə cəlb edilib. Müdafiə tərəfi ona qarşı irəli sürülən ittihamları əsassız adlandırıb.

Vəkilin sözlərinə görə, söhbət 2019-cu ildə başlanmış cinayət işindən gedir. Biznes fəaliyyətini daha əvvəl etibarlı idarəetməyə təhvil verən Tsarukyan bu cinayət işi barədə yalnız indi məlumat əldə edib.