Qarabağ ermənilərinin fəallarından biri azadlığa buraxılacaq

Qarabağ ermənilərinin siyasi fəallarından biri olan Artur Osipyan barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, yaxın vaxtlarda azadlığa buraxılacaq.

Sherg.az-ın məlumatına görə, məlumata görə, nəzarətçi prokurorun qərarı ilə Osipyanın həbsdən dərhal azad olunması barədə göstəriş verilib. Qərar vətəndaş cəmiyyəti nümayəndələrinin təqdim etdiyi zaminlik əsasında qəbul edilib.

Osipyan mayın 18-də Ermənistanın baş naziri Nikol Paşinyan ilə Qarabağ məsələsi ətrafında yaranan mübahisədən sonra saxlanılmışdı. O, həbs olunduğu gündən etibarən aclıq aksiyası keçirirdi və səhhətində problemlərin yarandığı bildirilirdi.

Xatırladaq ki, Osipyan Paşinyandan ictimai üzr istəməyi tələb edir və etiraz əlaməti olaraq tibbi müayinədən imtina edirdi.