- Qaz istismarında problemlər yaranmasın deyə, sahə üzrə məsul şəxslər qohumbazlıq amili ilə deyil, peşəkarlıq və idarəetmə qabiliyyətinə görə təyin edilməlidir.
Qaz probleminin kökündə nə dayanır? - Qohumbazlıq amili, yoxsa...
09:41 05.03.2024
Gündəm
416
Sahə üzrə məsul şəxslər qohumbazlıq amili ilə deyil, peşəkarlıq və idarəetmə qabiliyyətinə görə təyin edilməlidir ““Azəriqaz” abonentlə müqavilə bağlanarkən 24 saat ərzində təbii qazla fasiləsiz təminedilmə öhdəliyi götürür, amma götürdüyü öhdəliyi yerinə yetirmir”
- Qaz istismarında problemlər yaranmasın deyə, sahə üzrə məsul şəxslər qohumbazlıq amili ilə deyil, peşəkarlıq və idarəetmə qabiliyyətinə görə təyin edilməlidir.
Qış davam edir, “Azəriqaz”ın əhaliyə xəbərdarlıqları da həmçinin. Xəbərdarlıq da nədən ibarətdir, təbii qazın verilməsində yaranacaq fasilələrlə bağlı. Bu gün (martın 4-də) səhər saatlarından “Sərdarov zavodu (Əhali)” orta təzyiqli qaz kəmərində qaz təchizatında fasilə yaranacağına dair “Azəriqaz”ın məlumatı var. Bildirilir ki, “Digah” QPS-də “Balaxanı Sənaye” kollektorundan qidalanan “Sərdarov zavodu (Əhali)” orta təzyiqli qaz kəmərində aşkar olunmuş sızmanın ləğvi ilə əlaqədar təbii qazın verilməsi dayandırılacaq. Təmir işləri aparılan müddətdə Binəqədi rayonunun Binəqədi qəsəbəsinin, Binəqədi kəndinin, Mədən ərazisinin, Baksol yolunun və Binəqədi şosesinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
2 gün əvvəl oxşar xəbər Xaçmaz rayonu ilə bağlı idi. Əhali qrupuna xəbərdarlıq edilmişdi ki, təbii qazın verilməsi dayandırılacaq. Bu cür məlumatları sadalamağa başlasaq, çox uzun çəkəcək. Qazın verilməsində yaranan fasilələrə müxtəlif səbəblərdən qaynaqlandığı göstərilir; qaz sızması, hansısa qaz kəmərinin “ana xəttə” qoşulması, kəmərdə yaranmış korroziya, təmir və sair. Yaxşı, anlaşıldı, təmir lazımdır, hətta vacibdir. Amma niyə qışda? Bəs qışa hazırlıq müddətində nə tədbirlər görülür ki, təmir və sair işlər payıza, qışa qalır?
Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı “Sherg.az"a açıqlamasında qeyd etdi ki, problemin kökü idarəetmədədir:
- Qaz istismarında problemlər yaranmasın deyə, sahə üzrə məsul şəxslər qohumbazlıq amili ilə deyil, peşəkarlıq və idarəetmə qabiliyyətinə görə təyin edilməlidir. M.Qəhrəmanlı bildirdi ki, bütün kommunal sahələrdə olduğu kimi qaz istismarı sahəsində də qışa hazırlıq planı tərtib edilir:
- İlin əvvəlindən bu plan hazırlanır və təsdiqlənir. Əvvəllər hətta 1-2 il öncədən tərtib edilirdi, çünki bütün ölkə ərazisini əhatə etməliydi. Bu, elektrik enerjisi sahəsində də belədir, yollar, istilik sistemi, ümumilikdə şəhərin qışa hazırlığında da. Hər mövsümdə “qışa hazırlıq” başlığı altında tədbirlər planı hazırlanır. Boruların dəyişdirilməsi, təmir və sair. bu plana daxildir. Tədbirlər planı yay-payız aylarından etibarən icra edilməlidir ki, havalar soyuyanda qaz kəmərləri, paylayıcı, ötürücü şəbəkələr işlək vəziyyətdə olsun. Məgər bir nəfər bu işlə məşğuldur, işıləri görüb çatdıra bilmir? Hər inzibati rayonda, hər bölgədə qaz istismar idarələri var, işçiləri, fəhlələr var. İşlər plana uyğun şəkildə aparılmalıdır ki, qışda problemlər yaranmasın. Hər bir məsul şəxs vəzifəsinin öhdəsindən gəlməlidir. Qış vaxtı əhaliyə xəbərdarlıq edilməsinin nə mənası var? Neyləməlidir əhali, odun sobasına hazırlıq görsün?!. Sonra da başqa xəbərdarlıqlar edilir ki, “qeyri-standart qaz cihazlarından istifadə etməyin”. Mənzilə təbii qazın verilməsi dayanıbsa, soyuq havada vətəndaş nə etməlidir? Əlbəttə ki, başqa üsullara əl atacaq ki, evini isitsin. İndiki çətin vəziyyətdə, virusların, xəstəliklərin yayıldığı bir vaxtda qazın verilməsində fasilə yaranması, əhalini daha da çətin vəziyyətə salmaqdır.
M.Qəhrəmanlı bildirdi ki, hər dəfə hansısa bölgədə, paytaxtın hansısa ərazisində qazın verilməsində fasilə yaranır:
- İşlər səhər başlayır, axşam bitir. Abonent səhərdən axşamadək qazsız qalır. Bu, abonentlərin təbii qazla təchizatında öhdəliyin yerinə yetirilməməsidir. Halbuki abonentlə müqavilə bağlanarkən 24 saat ərzində təbii qazla fasiləsiz təmin edilmə öhdəliyi götürür “Azəriqaz”. Amma götürdüyü öhdəliyi yerinə yetirmir. Dəfələrlə məsələ qaldırılıb, qaz itkisi, ödənişlərdə problemlər, o cümlədən də abonentlərin qaza tətbiq edilən limitlə bağlı narazılıqları barədə. Amma sanki heç nə eşitmirlər, heç nə duymurlar. SOCAR səsini çıxarmır. Əhaliyə hesabat verilmir. Hər hansı açıqlama yoxdur. Yalnız statistik məlumatlar – filan yerə qaz kəməri çəkildi, filan yerdə təmir aparıldı. Əhali 24 saat fasiləsiz təbii qazla təmin edilməli olduğu halda, niyə buna əməl edilmir, müqavilə şərtləri niyə pozulur və buna görə kim məsuliyyət daşıyır, cavabı yoxdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-ın silah ehtiyatlarının tükənməsində günahkarı göstərdi
14:10 11.08.2026
Dünya
Sabah yağış yağacaq
14:07 11.08.2026
Ekologiya
Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - FOTO
14:06 11.08.2026
Hadisə
Kamila Valieva: “İrəli və mahnı ilə!”
14:05 11.08.2026
İdman
Sirkədən zəhərlənən 2 nəfər öldü
13:47 11.08.2026
Hadisə
Putin: “Altay Avropadan daha yaxşıdır”
13:39 11.08.2026
Gündəm
Ermənistan üçün yeni qaz mənbəyi: TRIPP qaz kəməri
13:32 11.08.2026
Region
Latviya Belarusla sərhəddə gizli tunel aşkar etdi
13:15 11.08.2026
Dünya
Messi “İnter Mayami”də çıxışını dayandırdı
12:57 11.08.2026
Futbol
Asılılıqdan qurtulmaq mümkündür - Psixoloqdan vacib tövsiyələr
12:37 11.08.2026
Sağlamlıq
Voronejdəki anbardakı malların böyük hissəsi qorunub
12:15 11.08.2026
Dünya
Rusiyanın daha bir neft emalı zavodu vuruldu
11:04 11.08.2026
Dünya
Saatlıda yanğın törədən şəxs saxlanılıb
10:25 11.08.2026
Hadisə
İrəvanın KTMT-dəki səlahiyyətləri məhdudlaşdırılır
10:17 11.08.2026
Dünya
1630-cu gün: Rusiyanın itkiləri yeniləndi
09:57 11.08.2026
Dünya