Qazaxın anklav olmayan 4 kəndi qaytarılır - Ermənistandan SON QƏRAR
Yusif Nəzərli
21:05 26.03.2024
Gündəm
475
"Son proseslər fonunda Ermənistan hakimiyyətinin Qazaxın anklav olmayan 4 kəndinin (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) qaytarılması ilə bağlı mövqeyinin qətiləşdiyini demək mümkündür. Paşinyanın çıxışları erməni ictimaiyyətinə real vəziyyətin izah edilməsi idi. Erməni cəmiyyəti də baş nazirin anonsunu verdiyi mümkün müharibədən çəkindiyi üçün müxalifətin arzuladığı “müqviməti” göstərməyəcək".
Sherg.az xəbər verir ki, bu haqda politoloq Asif Nərimanlı deyib. Onun sözlərinə görə, indi əsas suallardan biri 4 kəndin nə vaxt qaytarılacağıdır?
Politoloq hesab edir ki, Ermənistan mediası Paşinyanın komanda üzvləri ilə qapalı görüşdə kəndlərin yaxın günlərdə qaytarılmasından bəhs etdiyini yazır. Görüşdə iştirak edən hakim “Mülki müqavilə” fraksiyasının deputatı Lilit Minasyan isə “konkret tarixdən” bəhs edilmədiyini desə də, onu da qeyd edib ki, “illərlə vaxtımız yoxdur və biz müəyyən müddət ərzində bu problemi həll edə biləcəyik”.
A. Nərimanlı qeyd edir ki, prosesin uzunmüddətli olmayacağı gözləntisi çoxdur:
- İrəvan anlayır ki, Bakı onun bu məsələdə imitasiya etdiyini anlayarsa, hərbi varianta əl ata bilər;
- Ermənistan 4 kəndin qaytarılmasından sonra Tavuş istiqamətində delimitasiya prosesini başlatmaq və istədiyi “güzgü prinsipi” (qoşunların geri çəkilməsi) məsələsində praktiki irəliləyişə nail olmaq istəyir: Paşinyanın Tavuşda ermənlərlə görüşdə dediklərindən belə anlaşılırdı ki, tərəflərin təmaslarında kəndlərin qaytarılmasından sonra bu məsələnin müzakirə mərhələsinə keçə biləcəyi istisna edilməyib;
- Sülh sazişində müəyyən irəliləyişlərin edilməsi istəkləri var və əsas problemlərdən biri də sərhədin delimitasiyasına dair fikir ayrılığıdır: istisna deyil ki, tərəflər kəndlərin qaytarılmasından sonra delimitasiya ilə bağlı irəliləyişə nail olmaq haqda ortaq mövqeyə gəliblər;
Bu amillər 4 kəndin təhvil verilməsinin yaxın dövrdə reallaşmasının mümkün olduğu fikrini ön plana çıxarır.
Bağanis Ayrım 1990-cı ilin 23-24 mart, Xeyrimli 1992-ci ilin 8 mart, Qızılhacılı 1992-ci ilin 11 may, Aşağı Əskipara 1992-ci ilin 14 iyun tarixində işğal edilib. Bu kontekstdə rəsmi Bakının 4 kəndin 14 iyun – Aşağı Əspikara kəndinin işğal ildönümünə qədər qaytarılmasına çalışacağı ehtimalını irəli sürmək mümkündür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Medvedev yeni təhlükəsizlik zolağının keçəcəyi əraziləri açıqlayıb
20:40 04.07.2026
Dünya
Ərdoğan: İsrail ABŞ-İran danışıqlarını pozmağa cəhd edir
20:19 04.07.2026
Gündəm
Rusiyada Putinə qarşı açıq etirazlar başladı
19:36 04.07.2026
Dünya
Ankara NATO Zirvəsinə hazırlaşır: Proqram açıqlanıb
19:33 04.07.2026
Gündəm
Pezeşkian şərt qoydu – “Yerinə yetirilməsə, istefa verəcəm”
19:24 04.07.2026
Region
Kişinyovdakı Rus Evi fəaliyyətini dayandırıb
19:11 04.07.2026
Dünya
Müharibənin ayırdığı sevgililər 60 ildən sonra yenidən görüşdü
18:12 04.07.2026
Maraqlı
İsrail mətbuatı: Türklərin sürətinə çatmaq çətindir
17:44 04.07.2026
Gündəm
CHP-nin deputatı Adnan Beker partiyasından istefa verib
17:25 04.07.2026
Siyasət
Ərdoğan Şahbaz Şəriflə görüşüb
17:02 04.07.2026
Gündəm
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
16:45 04.07.2026
Dünya
Rusiyanın açıqlamasına Zelenskidən təkzib: Putin yalan danışır
16:29 04.07.2026
Dünya
Yer kürəsində güclü maqnit qasırğası başladı
15:56 04.07.2026
Maraqlı
Livan Prezidenti Trampdan kömək istədi
15:41 04.07.2026
Dünya