Qazaxıstan və Türkiyə qarşılıqlı ticarət həcmini 15 milyard dollara çatdırmaq niyyətlərini təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Ticarət həcmini 15 milyard dollara çatdırmaq məqsədimizi təsdiqlədik. Bu baxımdan, aprelin 15-də Astanada keçirilən Birgə İqtisadi Komissiyanın 14-cü iclasında qəbul edilmiş fəaliyyət planının həyata keçirilməsinin vacibliyini vurğuladıq. Həmçinin şirkətlərimizi investisiya baxımından təşviq etməyə davam edəcəyik. Biznes Forumu kimi biznes ictimaiyyətini bir araya gətirən tədbirlərə xüsusi əhəmiyyət verirəm”, - dövlət başçısı deyib.
Ərdoğan qeyd edib ki, Astanda danışıqlar zamanı enerji sektorunda əməkdaşlıq da vacib mövzulardan biri olub.