Qərbi Azərbaycan İcması Paşinyanın çıxışına cavab verib
16:12 18.11.2023
Gündəm
445
Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT Parlament Assambleyasının İrəvanda keçirilən iclasında etdiyi çıxışda Azərbaycana qarşı növbəti dəfə böhtan atıb və Qərbi Azərbaycan İcmasının fəaliyyətini təhrif edib.
Bu barədə icmanın yaydığı bəyanatda bildirilib.
Bəyanatda deyilir:
“Azərbaycan Ermənistanı Qərbi Azərbaycan adlandırmaqla Ermənistana hərbi təcavüzə hazırlaşır” deyən N.Paşinyana xatırladırıq ki, bu həmin Ermənistan və N.Paşinyan hökumətidir ki, Azərbaycan ərazilərini 30 il işğal altında saxlamış, bununla qürrələnmiş, 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” deyə aləmə car çəkmiş, amma sonradan “Ermənistan heç vaxt Azərbaycana qarşı ərazi iddiası etməmişdir” açıqlaması vermişdir.
Qərbi Azərbaycan ifadəsinə gəlincə, qeyd edək ki, bu, tarixi və coğrafi həqiqətə əsaslanan bir termindir və İcmamızın ondan istifadə etməsi beynəlxalq insan hüquqları konvensiyaları ilə tanınan özünü-identifikasiya hüququna əsaslanır.
Bu ifadəyə etiraz edən N.Paşinyan qoy izah etsin, necə olur ki, onun məntiqi ilə “Artsax”, “Dağlıq Qarabağ” demək Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təhdid etmək sayılmır, amma Qərbi Azərbaycan ifadəsini işlətmək Ermənistanın suverenliyinə qəsd anlamına gəlir!
Bir daha vurğulayırıq ki, Qərbi Azərbaycan İcmasının Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur və sülhə, barışığa N.Paşinyanın gəlişigözəl sözləri ilə, yalandan özünə “demokrat” imici yaratmaqla deyil, səmimi addımlarla nail olmaq olar. Bu xüsusda, N.Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını və qərbi azərbaycanlılarla tarixi barışığın əldə edilməsi üçün İcma ilə dialoqa başlamasını gözləyirik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya