Qırğızıstanda ABŞ vətəndaşları üçün viza rüsumu tətbiq edilə bilər.
Teleqraf xəbər verir ki, bunu Qırğızıstanın ABŞ-dəki səfiri Edil Baysalov deyib.
Diplomatın sözlərinə görə, ABŞ vətəndaşları üçün 100-200 dollar məbləğində viza rejiminin tətbiqi imkanına baxmaq lazımdır.
Baysalov bildirib ki, ABŞ Qırğızıstan vətəndaşları üçün viza tələblərini sərtləşdirirsə, Qırğızıstanın da amerikalıların ölkəyə giriş şərtlərinə yenidən baxmaq hüququ var:
“Əlbəttə, bizi qəbul edib-etməmək, hansı şərtlərlə qəbul etmək onların suveren hüququdur. Amma biz də viza tətbiq etməli və ölkəmizə gəlmək istəyən ABŞ vətəndaşlarından 100-200 dollar almalı olduğumuzu düşünürəm”.
Səfirin fikrincə, viza rüsumunun tətbiqi Qırğızıstana gəlmək istəyən amerikalı turistlərin sayına təsir etməyəcək və ölkəyə turist axını artmaqda davam edəcək: “Biz artıq romantik mərhələni keçmişik. Xarici turistlərin ölkəmizə gəlməsinə əvvəllər sevinirdik”.
Qeyd edək ki, avqustun 3-dən etibarən ABŞ-nin Qırğızıstan da daxil 50 ölkənin vətəndaşları üçün tətbiq etdiyi viza depoziti proqramı daimi edilib.