Qırğızıstan Prezidenti: Türk dövlətlərinin birliyi yeni iqtisadi imkanlar açacaq

Türk dövlətlərinin birliyi və ortaq innovasiya potensialı yeni iqtisadi imkanlar açacaq və regionu qlobal texnologiya xəritəsində güclü mərkəz kimi möhkəmləndirəcək.

APA-nın Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib.

Qırğızıstan Prezidenti bununla əlaqədar rəqəmsallaşma və süni intellekt sahəsində türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb: Sadır Japarov Avrasiyanın mərkəzində yerləşən regionun strateji əhəmiyyətini vurğulayaraq nəqliyyat və logistika imkanlarının açılması üçün koordinasiyalı fəaliyyətin vacibliyini qeyd edib: “Nəqliyyat dəhlizlərinin rəqəmsal platformalarla inteqrasiyası türk dövlətlərinə qlobal yükdaşıma sistemində mühüm mövqe tutmağa imkan verəcək.

Qırğızıstan Prezidenti Qırğızıstan və Türkiyənin cinayətkarlıqla mübarizə üzrə TDT-nin xüsusi şurasının yaradılması ilə bağlı birgə təşəbbüsü barədə məlumat verib. Bu çərçivədə beynəlxalq axtarış və məlumat mübadiləsi üçün rəqəmsal sistemin yaradılması nəzərdə tutulur. Qırğızıstan Prezidenti Qırğızıstan və Türkiyənin cinayətkarlıqla mübarizə üzrə TDT-nin xüsusi şurasının yaradılması ilə bağlı birgə təşəbbüsü barədə məlumat verib. Bu çərçivədə beynəlxalq axtarış və məlumat mübadiləsi üçün rəqəmsal sistemin yaradılması nəzərdə tutulur. Həmçinin elektron imzaların qarşılıqlı tanınması haqqında saziş layihəsinin əhəmiyyətini vurğulayaraq bunu türk dövlətləri arasında vahid rəqəmsal məkanın yaradılması istiqamətində mühüm addım adlandırıb.