"Quru sərhədlərin bağlı olması turizm sektoruna ziyan vurur" - Natiq Cəfərli
13:44 06.11.2023
Gündəm
437
"İşğaldan azad edilmiş bölgələrinin turizmə cəlb olunması üçün ilk növbədə orada təhlükəsizlik tədbirləri təmin olunmalıdır"
26 ölkəni təmsil edən 50 səyyahın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə üçgünlük səfəri başa çatıb.
“Azərbaycanın Qarabağ regionu yaxın gələcəkdə məşhur turizm istiqamətlərindən birinə çevriləcək”.
Bunu açıqlamasında Rumıniyadan olan səyyah Matey Rusu bildirib.
“Mən özüm turizm sektorunda işlədiyim üçün deyə bilərəm ki, bu regionda qışda xizək sürmək istəyən turistlərin sayı kifayət qədər olacaq”, - o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərlə hər kəs Qarabağ bölgəsi və Ermənistanın 30 illik işğalı ilə bağlı həqiqətləri öyrənib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş bölgələrinin turizmə cəlb olunması üçün ilk növbədə orada təhlükəsizlik tədbirləri təmin olunmalıdır:
“Daha sonra infrasturuktur layihələri yerinə yetirilməlidir. Bundan başqa turistlərin bura marağını artırmaq üçün cəlb edici hekayələr olmalıdır. Həmçinin Azərbaycan turizmi prioritet hesab edib, turizmi inkişaf etdirmək istəyirsə, əvvəlcə quru sərhədlər açılmalıdır. Quru sərhədlərin bağlı olması turizm sektoruna ziyan vuran əsas amildir. Pandemiyadan öncəki rəqəmlərə baxdıqda bunu aydın şəkildə görmək mümkündür. Bütün bunlar həll olunarsa işğaldan azad olunmuş ərazilərlər birlikdə ölkənin turizm sektorunun yüksəlişə keçməsinin şahidi olacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə