Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan Qırğızıstana işgüzar səfərə gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Qonaqları Bişkekdə Manas Beynəlxalq Hava Limanında Qırğızıstan Baş naziri Adılbek Kasımalıyev qarşılayıb.
Türkiyə lideri Şanxay Əməkdaşlıq Təşkilatının yubiley sammitində və VI Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edəcək.
Rəcəb Tayyib Ərdoğan Bişkekdə bir sıra dövlət başçıları ilə ikitərəfli danışıqlar aparmağı da planlaşdırır.