Regionda təhlükəsizliyin qarantı: Azərbaycan-Türkiyə-Gürcüstan ən ideal formatdır
13:06 05.06.2023
Gündəm
549
Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin gücləndirilməsi istiqamətində uğurla fəaliyyət göstərir.
Gürcüstan hökumətinin 2022-ci il üzrə hesabatında belə qeyd olunub. Sənəddə üçtərəfli əməkdaşlıq formatının həm də hər üç ölkənin silahlı qüvvələri arasında yaxın əməkdaşlıq əlaqələrinin yaradılmasını hədəflədiyi bildirilib:
“Regional təhlükəsizliyi gücləndirməyi, ümumi hədəflərə və maraqlara effektiv şəkildə nail olunması məqsədilə silahlı qüvvələr arasında yaxın əlaqələr yaratmağı hədəfləyən Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatı uğurlu şəkildə fəaliyyət göstərir”, - deyə hesabatda qeyd olunub.
Mövzunu şərh edən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a vurğulayıb ki, üçtərəfli formatdan Azərbaycan xarici siyasət kursunda çox istifadə edilir:
"Yəni rəsmi Bakı üçtərəfli formatla fərqli region ölkələrini biri-birinə birləşdirir. Bu üçtərəfli formatda isə ən çox iştirak edən dövlətlərdən biri Türkiyədir. Belə ki, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Tüekmənistan və.s tipli formatlar mövcuddur. Bunlarsa uğurlu iş prinsiplərinə əsaslanır. Məsələn Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatı, Xəzər dənizinin statusu və transxəzər qaz kəmərinin çəkilməsində mühim əhəmiyyətə malikdir. Digər tərəfdən Gürcüstanla olan üçtərəfli format, hər üç ölkənin maraqlarına cavab verir. Ümumiyyətlə Gürcüstan rəsmi Bakı üçün xaricə açılan qapıdır. Azərbaycan isə Tbilisi üçün əsas enerji mənbəyi və investorlardan biridir. Ona görə də Azərbaycan və Gürcüstan iqtisadi olaraq biri-birinə bağlıdır. Ankara və Tbilisi arasında da oxşar münasibətlər mövcuddur. Həmçinin Ankara və Bakı da strateji müttəfiqdir".
Analitik əlavə edib ki, hər üç ölkənin təhlükəsizlik məsələlərini birgə həll etməsi tamamilə başadüşüləndir:
"Üstəlik Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli formatı, təhlükəsizliklə bərabər, iqtisadi əməkdaşlıq, enerji layihələri və nəqliyyat infrastrukturlarında da uğurlu nəticələr qazanır. Belə ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycanın qaz və enerji xətlərinin keçidi, həmçinin Gürcüstan üzərindən Azərbaycanın Türkiyə ilə avtomobil yolu ilə bağlanması üçtərəfli inkişaf üçün kifayət qədər əhəmiyyətli faktorlardır. Əlbəttə Tbilisinin bölgədə siyasi və iqtisadi cəhətdən ən böyük müttəfiqi də Azərbaycanla Türkiyədir. Çünki Ermənistanın Gürcüstana dəstək verəcək güclü potensialı yoxdur. Rusiyayla isə siyasi münasibətlər gərgindir. Yəni digər ətraf ölkələr baxdıqda, rəsmi Tbilisi üçün ən effektiv iqtisadi-siyasi tərəfdaş Bakı və Ankaradır".
Oxşar xəbərlər
Tramp seçki məğlubiyyətini İran müharibəsi ilə əlaqələndirdi: “Yenə olsa, yenə edərəm”
12:39 05.11.2026
İlham Əliyev: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
10:51 05.11.2026
Xəbər lenti
Hamısına bax
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
05:50 05.11.2026
Maraqlı
AnTuTu oktyabr ayının ən güclü Android telefonlarını açıqladı
05:15 05.11.2026
Texnologiya