ABŞ dövlət katibi Marko Rubio Filippinin paytaxtı Manilada ASEAN tədbirləri çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirilən görüşdən əvvəl amerikalı jurnalistlərin suallarını cavablandırmayıb.
Sherg.az xəbər verir ki, KİV-in məlumatına görə, jurnalistlər diplomatlar artıq danışıq masası arxasında əyləşdikdən sonra zala buraxılıb. Onlara yalnız görüşün ilk kadrlarını lentə almağa icazə verilib.
Bu zaman jurnalistlərdən biri İranın Rusiyaya mümkün yardımı ilə bağlı məsələnin müzakirə olunub-olunmayacağını soruşsa da, Marko Rubio suala cavab verməyib.
Daha sonra məlum olub ki, Amerika tərəfinin müəyyən etdiyi protokola əsasən, görüş başlamazdan əvvəl jurnalistlərin sual verməsinə icazə verilməyib.
Xatırladaq ki, iyulun 23-də Manilada keçirilən ASEAN tədbirləri çərçivəsində Sergey Lavrov və Marko Rubio arasında görüş baş tutub. Təxminən 35 dəqiqə davam edən görüşün təşəbbüskarının ABŞ tərəfi olduğu bildirilir.
Kremlin mətbuat katibi Dmitri Peskov isə daha əvvəl Lavrov və Rubio arasında keçirilən danışıqları müsbət qiymətləndirdiklərini bəyan edib.