Rumıniyanın energetika naziri DOST mərkəzində olub
14:35 01.04.2024
Gündəm
285
Rumıniyanın energetika naziri, Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Rumıniya tərəfindən həmsədri Sebastyan-İoan Burdujanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində 1 saylı DOST Mərkəzi ilə tanış olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən xəbərə görə, DOST konsepsiyası barədə nümayəndə heyətinə məlumat verən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə artıq 7 DOST mərkəzinin açıldığını qeyd edib.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında 159 sosial xidmətin “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş məmnunluğuna uyğun təqdim edildiyi vurğulanıb.
DOST mərkəzlərində ötən dövrdə 2,1 milyondan çox vətəndaşa xidmət göstərildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun 98 faiz üzərində olduğu bildirilib. Nazirliyin 159 xidmətindən 140-dan və ya 90 faizdən çoxunun elektronlaşdırıldığı da qeyd olunub.
Ölkəmizin DOST və elektron xidmətlər üzrə təcrübələrinin bir çox beynəlxalq mükafatlara layiq görüldüyü vurğulanıb. Bir sıra ölkələrin, o cümlədən Rumıniyanın da DOST modelinin tətbiqinə maraq göstərdikləri diqqətə çatdırılıb.
Nümayəndə heyəti mərkəzdə xidmət bölmələri, xidmətlərin göstərilməsi prosesi, vahid əlaqələndirmə mərkəzi ilə tanış olub.
DOST Agentliyində qonaqlar üçün DOST konsepsiyası və sosial sahədə elektronlaşma proqramına dair təqdimatlar edilib.
Qeyd edək ki, bu gün Rumıniya nümayəndə heyətinin iştirakı ilə Azərbaycan və Rumıniya Hökumətləri arasında Müştərək Komissiyanın 8-ci iclası olub, yeni əməkdaşlıq sənədləri imzalanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə
DYP skuter istifadəçilərinə müraciət edib
10:08 04.05.2026
Cəmiyyət
"Inter" 21-ci çempionluğunu elan etdi
09:57 04.05.2026
Futbol