
Rusiya aşkar şəkildə Paşinyanı devirməyə çalışır - ANALİTİK
Rusiya aşkar şəkildə Paşinyanı devirməyə çalışır - ANALİTİK
06:14 01.08.2025
Gündəm
437
Ehtimal ki, Kremldən hər hansı qrup təlimat verib ki, konsul da bu prosesə qoşulsun
Ermənistanın Yekaterinburqdakı fəxri konsulu Narek Spartakyan geri çağırılıb. Bildirilir ki, Spartakyan İrəvan hakimiyyəti ilə erməni kilsəsi arasında yaranan münaqişədə rəsmən ikincini dəstəkləyib. Spartakyan özü qeyd edib ki, Yekaterinburqda yaşayıb və yaşamaqda davam edir və o, fəxri konsul statusu olmasa belə, Sverdlovsk sakinləri və erməni icması üçün lazım olan hər şeyi edəcəyini deyib: "Mən bütün ermənilərin mənəvi birliyinin mühüm təməli kimi Erməni Apostol Kilsəsinə qarşı hər hansı hərəkəti yolverilməz hesab edirəm". Məlumat üçün bildirək ki, Spartakyan Yekaterinburqda böyüyüb və 2018-ci ildə, 28 yaşı olanda fəxri konsul olub. Əvvəlcə onun konsulluq dairəsinə yalnız Sverdlovsk vilayəti daxil idi, lakin sonralar Perm və Çelyabinsk vilayətləri də daxil edilib.
"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov deyib ki, Yekaterinburqdakı fəxri konsulun geri çağırılması Rusiyaya qarşı addımdır. Siyasi şərhçi bildirib ki, Rusiya aşkar şəkildə Ermənistan Baş naziri Nikol Paşinyanı devirməyə, hakimiyyətdən salmağa çalışır:

"Hətta Rusiya mümkün olacağı təqdirdə Paşinyanı 2026-cı il parlament seçkilərinə kimi devirmək niyyəti güdür. Paşinyan hökumətinə qarşı çıxan qüvvələr Kilsə və böyük biznesləri olan iş adamlarıdır. Fəxri konsul öz tərəfini seçib və mövqeyini açıqlayıb. Ola bilsin, Kremldən yönləndirmə olub və nəticədə konsul açıq şəkildə ifadə edib ki, Paşinyanın atdığı addımları, Kilsəyə qarşı mübarizəsini qəbul etmir. Belə durumda Nikol Paşinyan necə addım ata bilər ki?! Hakimiyyət komandasında kimsə siyasi rəqibin düşərgəsinə keçibsə, dərhal vəzifəsindən uzaqlaşdırılmalıdır. Nəzərə alaq ki, konsul Rusiyanın üç bölgəsində - Perm, Çelyabinsk və Sverdlovskidə fəaliyyət göstərirdi. Ehtimal ki, Kremldən hər hansı qrup təlimat verib ki, konsul da bu prosesə qoşulsun. Bu hadisənin presedent olması da mümkündür. Real mənzərə odur ki, Moskva Paşinyanı devirmək üçün hər şey edəcək, çünki başqa yolu yoxdur. Paşinyan Rusiya ilə körpüləri yandırıb və geri qayıtmağa yer qoymayıb. Bu səbəbdən nəyin bahasına olursa-olsun, Kreml Paşinyan səhifəsini bağlamağa çalışır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi