
Rusiya ilə Ermənistan arasında psixoloji müharibə gedir
Yusif Nəzərli
13:39 19.10.2023
Gündəm
538
“Moskvanın nəzərində Ermənistan artıq regional aktor statusuna malik deyil”.
Bunu erməni ekspert, diaspor nümayəndəsi Karo Armen bildirib.
O, Ermənistanın regionda artıq bütün gücünü və mövqeyini itirdiyini deyib:
“Etiraf etməliyik ki, hazırda strateji müttəfiqimiz yoxdur. Moskva regionda əsas müttəfiq kimi Bakıya üstünlük verəcək. Lakin bu həm də Azərbaycan və Türkiyənin Cənubi Qafqazda mövqelərinin möhkəmlənəcəyi deməkdir. Azərbaycan artıq əsas regional aktordur, Ermənistan isə bu statusa malik deyil.
Bu gün Əliyev və Ərdoğan Putinin Cənubi Qafqazda əsas həmsöhbətləridir. Moskva onlarla münasibəti düzgün qurmağa çalışır. Azərbaycanın əlində bütün əhəmiyyətli kartlar var. Paşinyan hakimiyyəti müstəqil Ermənistan dövlətçiliyini məhvə sürükləyir. Qərblə münasibətlərimiz yaxşılaşsa da, unutmayın ki, Qərbin Azərbaycan və Türkiyəyə ehtiyacı var”.
Karo Armenin fikirlərinə münasibət bildirən politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında söyləyib ki, bu bir diaspor baxışıdır və həqiqəti tam olaraq əks etdirmir:
"Çünki erməni diasporu Nikol Paşinyan hakimiyyətini sevmir. Bu baxımdan verilən açıqlamalar da birtərəflidir. Ermənistan 1991-ci ildən bəri müstəqilliq bəyannaməsi qəbul etsə də, heç bir zaman müstəqil subyekt olmayıb. Nikol Paşinyanın istəyi Ermənistanın gələcəyini müstəqil subyekt olaraq təmin etməkdir. Çünki müstəqil olmayan ölkə başqa birinin vassalı olur. Hansı ki, uzun illər Ermənistan bu statusdadır. Bu gün isə Rusiya ilə Ermənistan arasında münasibətlərin pozulmasının əsas səbəblərindən biri Nikol Paşinyan hakimiyyətinin Şimal qonşumuzdan kənar müstəqil subyekt olmaq istəyidir.

Bu isə Rusiyanı heç zaman qane etməyib. Bu əlaqələrin gərginləşməsində Azərbaycan Ermənistan arasındakı 44 günlük Vətən müharibəsi də dayanır. Yəni, Ermənistan rəhbərliyi Qarabağ məsələsində KTMT və Rusiya ordusunun onları müdafiə edərək, Azərbaycana qarşı döyüşmələrini iddia edirdi. Belə ittihamlar hələ də davam edir. Ermənistan özünün təhlükəsizliyini Rusiyada görmürsə, deməli, başqa təhlükəsizlik çətirinə ehtiyac var. Amma Ermənistanın bu etdikləri ilə hansısa nailiyyətlər qazandığını da demək olmaz. Çünki hələlik Qərb dünyası nə qədər Ermənistana şirin vədlər versə də, rəsmi İrəvan Rusiyanın orbitindədir. Eyni zamanda Ermənistan Avrasiya İttifaqı, KTMT-nin üzvüdür. Xüsusilə də, Ermənistan Rusiya arasında təhlükəsizlik ilə bağlı 49 illik müqavilə mövcuddur. Həmçinin, Ermənistanın iqtisadiyyat infrastrukturu və enerji, nəqliyyat sistemi Rusiya şirkətlərinin nəzarəti altındadır. Bunların hamısından qopmadan Qərb Ermənistana bütün anlamlarda dəstək verə bilməz".
Ekspert onu da qeyd edib ki, Rusiya ilə Ermənistan arasında hələlik psixoloji bir müharibə gedir:
"Ona görə də, diasporun dedikləri qismən həqiqəti əks etdirir. Daha çox açıqlamada Nikol Paşinyana nifrət özünü təcəssüm etdirir. Eyni zamanda Rusiyanın Ermənistanı deyil də, Azərbaycan və Türkiyəni tutduğu da tam olaraq reallığı əks etdirmir. Rusiya geosiyasi maraqları kontekstində hər zaman addım atan dövlətdir. İndiki məqamda isə Şimal qonşumuzun geosiyasi məqsədi Azərbaycan və Türkiyə ilə bir çox proseslərdə bir-birini tamamlamaqdan ibarətdir. Amma Azərbaycan və Türkiyənin Rusiya ilə uzlaşmadığı onlarla məsələlər var.
Rusiya maraqları tələb etdiyi müddət ərzində bu notlar üzərində oynamağa davam edəcək. Ancaq Rusiya etimad olunası bir ölkə deyil. Rəsmi Moskva Nikol Paşinyan hakimiyyətindən tamamilə əlini üzməyib. Zaxarova XİN-i səviyyəsində Paşinyan ciddi təhqir olunsa belə, Putin bucağından, o, hələ də qorunur. Nikol Paşinyanın son Bişkekdəki MDB görüşünə qatılmamasına bəhanə donu geyindirən məhz Rusiya Prezidentinin özü oldu. Yəni, Ermənistan tamamilə Rusiyanın orbitinə qayıtdığını bəyan etdiyi təqdirdə, Şimal qonşumuzun Azərbaycana qarşı siyasəti 180 dərəcə dəyişəcək. Rusiya yenidən Ermənistan ictimai rəyini qazanmaq istəyir. Ona görə də, Karo Armenin fikirləri tamamilə yalandır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media