
Rusiya üçün son nəfəs….
Rusiya üçün son nəfəs….
Yusif Nəzərli
10:38 09.10.2023
Gündəm
413
Ermənistanın yeni hərbi tərəfdaşa ehtiyacı var. İrəvan Fransa ilə hərbi yardımın göstərilməsi məsələsini müzakirə edir.
Bunu Ermənistan Prezidenti Vaaqn Xaçatryan deyib.
“Bizə yeni hərbi tərəfdaş lazımdır. Fransa isə müdafiə qabiliyyətimizi gücləndirmək üçün bizə dəstək olmaq niyyətində olduğunu bildirib. Hazırda bununla bağlı danışıqlar aparılır”, - o bildirib.
Xaçatryanın sözlərini “Sherg.az”a şərh edən hərbi-siyasi ekspert Həşim Səhrablı bildirib ki, Ermənistan tərəfinin bu açıqlamaları sadəcə bir reallıqdan ortaya çıxır.
Rusiya ilə Ermənistan arasında gərginlik tarixdə heç olmadığı qədər pik həddinə çatıb:
“Hazırda elə bir siyasi vəziyyət formalaşıb ki, erməni xalqına istər dövlət, istərsə də millət formasında söz haqqı tanınmır. Onların heç Qafqazın geosiyasi həyatında rolu yoxdur. Nəinki dünya siyasətində və ya əhəmiyyətli başqa bir məsələdə söz sahibi olsunlar. Hazırkı durumu qəbul etməyən ermənilər də müxtəlif yollar taparaq vəziyyətdən çıxmağa çalışırlar. Ən azından öz mövqelərini ortaya qoymağa çalışırlar. Hazırda Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar çətin günlərini yaşayır. Türkiyə və Azərbaycan Rusiya üçün son nəfəs rolunu oynayır. Qərbin həyata keçirdiyi sanksiyalar və tranzit yolların bağlanması, Rusiyaya iqtisadi olaraq böyük zərbələr endirir. Belə vəziyyətdə Rusiya yaxşı anlayır ki, Türkiyə və Azərbaycanla əlaqələr daha böyük önəm kəsb edir”.

H.Səhrablı vurğulayıb ki, Rusiya ilə münasibətlərin pozulması səbəbi ilə Ermənistana yeni havadar lazımdır:
“Bu rolu hazırda Fransa üzərinə götürür. Fransadan gələn köməklə onlar Cənubi Qafqazda söz sahiblərindən olmağa çalışırlar. Amma bu, mümkün deyil. Heç vaxt mümkün olmayacaq. Əvvəl ABŞ də Fransa ilə eyni mövqedən çıxış edirdi. ABŞ ağılla idarə olunan dövlət olduğu üçün yenidən balans siyasətinə qayıtdılar. Onlar Ermənistana görə Azərbaycan və Türkiyə ilə əlaqələrinin kəsilməsinin səhv qərar olacağını düşünürlər. Fransızlar isə məsələyə hər zaman irqçi nöqteyi-nəzərdən yaxınlaşırlar. Məsələlərə sağlam baxa bilmirlər. Fransanın köməklərinə baxmayaraq Ermənistanın Cənubi Qafqazda geosiyasi vəziyyəti dəyişmək gücü olmayacaq. Cənubi Qafqazın geosiyasi vəziyyətini müəyyən edən və dəyişəcək 3 ölkə var. Bunlar Azərbaycan, Türkiyə və Rusiyadır. Ermənilər inkişaf istəyirlərsə, tək yolları Azərbaycan və Türkiyə ilə münasibətləri düzəltməyə çalışmaqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya
Zəngəzur dəhlizi Turanın qapısını açacaq - Medihanur Arğalı
17:10 14.08.2026
Gündəm
Xocavənddə açıq ərazidə yanğın başlayıb
15:58 14.08.2026
Hadisə
"Qarabağ" və "Tvente" oyununu albaniyalı hakim idarə edəcək
15:50 14.08.2026
Futbol
Şənbə günü Abşeron çimərliklərində hava necə olacaq?
15:44 14.08.2026
Ekologiya
Lavrov: Ukraynanı daha sərt vuracağıq, məhv edəcəyik
15:37 14.08.2026
Dünya