Rusiya XİN: Münaqişə müstəqil Fələsin dövlətinin yaradılmasını nəzərdə tutan hüquqi əsasla həll olunmalıdır

"Moskva Fələstin-İsrail münaqişəsi zonasında vəziyyətin kəskin şəkildə pisləşməsi ilə bağlı ən ciddi narahatlığını ifadə edir. Bununla əlaqədar, 75 ildir davam edən bu münaqişənin heç bir güc yolu ilə həlli olmadığı və müstəsna olaraq siyasi-diplomatik vasitələrlə, tam hüquqlu danışıqlar prosesinin yaradılması yolu ilə həll oluna biləcəyi barədə prinsipial və ardıcıl mövqeyimizi təsdiq edirik".

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın adından yayılan bəyanatda bildirilib.

Qeyd olunub ki, bu münaqişə 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan, İsraillə sülh və təhlükəsizlik şəraitində yaşayan müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan tanınmış beynəlxalq hüquqi əsasda tamformatlı danışıqlar prosesinin qurulması yolu ilə həll olunmalıdır.