Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 20 vaqon buğda göndərilir

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilir.

APA xəbər verir ki, 20 vaqondan ibarət buğda bu gün Biləcəri stansiyasından yola salınır.