Rusiyadan İMTİNA: Ermənistan Gürcüstanın taleyini yaşaya bilər
09:09 07.11.2023
Gündəm
558
İrəvan hakimiyyəti Qərbdən gələn sifarişlər əsasında hərəkət edir
Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şurası katiblərinin Rusiyada keçiriləcək iclasında iştirak etməyəcək.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat katibi Tatevik Petrosyan məlumat verib.
Xatırladaq ki, tədbir noyabrın 8-də Rusiyanın paytaxtı Moskvada baş tutacaq
Ermənistan hakimiyyətinin tədbirə qatılmaqdan imtina etməsini "Sherg.az"a dəyərlındirən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov bildirib ki, Ermənistan hakimiyyəti bu addımları ilə əlbəttə ki, Rusiyanı qıcıqlandırmaqda davam edir:
"Xatırladım ki, 2008- ci ildə Avropaya yönəlmiş Gürcüstan Avrointeqrasiya müqaviləsini imzalamışdı. Nəticədə Abxaziya və Assetiya kimi bölgələrini itirdi. Rusiya bu bölgələrin müstəqilliyini tanıdı. Hazırda eyni talehi Ermənistan yaşaya bilər".
F. Abbasov Təhlükəszlik Şurasının iclasından imtina etmək Ermənistanın Rusiya əlehinə atdığı addımların nə ilki, nədə sonuncusu olmadığını vurğulayıb: "Bundan sonra da hadisələrin bu məcrada gedişinin şahidi olacağıq. Proseslərin başlıca səbəbi başda Paşinyan olmaqla Ermənistan hakimiyyətinin anti-Rusiya fəaliyyətləri aparmasıdır. Bunlar Qərbdən gələn sifarişlər əsasında həyata keçirilir. Rusiya necəki 2008-ci ildə Gürcüstanın torpaqlarının itirilməsi ilə nəticələnən fəaliyyətlər başlatmışdısa, indi Ermənistana qarşı da eyn siyasi yolu tutacaqdır. İstər Zəngəzur yolunun açılması, istər Qərbi azərbaycanlıların haqqlarının bərpa edilməsi və digər məsələlərdə Ermənistana qarşı addımlar atılacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial
Aynur Sofiyeva: Elmi işçilərin 60 faizdən çoxu qadınlardır
15:05 02.11.2026
Cəmiyyət
Belçikanın Baş naziri istefasını Krala təqdim edib
14:35 02.11.2026
Dünya
Türkiyədə Ərdoğana çağırış edildi - “Bakıya get”
14:35 02.11.2026
Gündəm