Saakaşvilinin həyat yoldaşı: "Onun azadlığı üçün əlimdən gələni edəcəyəm"
Yusif Nəzərli
07:58 05.10.2021
Gündəm
358
Saakaşvilinin həyat yoldaşı: Onun azadlığı üçün əlimdən gələni edəcəyəm Elizaveta Yasko
"Mixeil Saakaşvilinin Gürcüstanın azadlığı uğrunda mübarizəsini dəstəkləyirəm”.
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ali Radanın deputatı, Mixeil Saakaşvilinin həyat yoldaşı Yelizaveta Yasko bildirib.
“Ötən cümə günü yayımlanan birgə videoda dolğun şərhlər və qiymətləndirmələr yer alırdı. Biz birlikdəyik, bir-birimizi sevirik, siyasi həmfikirlərik”, - Mixeil Saakaşvili ilə münasibətlərindən bəhs edən Y.Yasko deyib.
Onun sözlərinə görə, Saakaşvilinin həbsi qanunsuzdur: “Bu, hazırki Gürcüstan hökuməti tərəfindən siyasi repressiyadır və ölkənin demokratik institutlarını sarsıdır. Gürcüstan məhkəmələrinin çıxardığı qondarma hökmlər qanunsuzdur. Mixeilin azad edilməsi üçün əlimdən gələni edəcəyəm. Deputat, Ukrayna vətəndaşı və ona yaxın bir insan kimi bunu edəcəyəm".
"Ukrayna bu məsələyə müdaxilə etməli və vətəndaşını qorumalıdır: "Prezident Volodimir Zelenski bu barədə mövqeyini bildirib. Ümid edirəm ki, Ukrayna Xarici İşlər Nazirliyi və Tiflisdə səfirlik də Mixeilə lazımi kömək və müdafiəni təmin etmək üçün zəruri olan hər şeyi edəcək",- deputat əlavə edib.
Xatırladaq ki, M.Saakaşvili oktyabrın 1-də Tiflisdə saxlanılıb və Rustavidəki 12 saylı penitensiar müəssisəyə yerləşdirilib.
Bu hadisədən sonra Ukrayna Ali Radasının “Xalqın xidmətçisi” Partiyasından olan deputatı sosial şəbəkələrdə Mixeil Saakaşvilinin videomüraciətini paylaşıb. Bu müraciətdə Gürcüstanın üçüncü prezidentinin ikinci dəfə evləndiyi məlum olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya