Sabah Kurtulmuş Kılıçdaroğlu ilə görüşəcək

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş “Terrorsuz Türkiyə” prosesi çərçivəsində siyasi partiyalarla təmaslarını davam etdirir.

Sherg.az xəbər verir ki, Kurtulmuş sabah əvvəlcə MHP sədri Devlet Bahçeli, daha sonra DEM Partiyasının parlament qrupu ilə görüşəcək. Günün sonunda isə CHP sədri Kemal Kılıçdaroğlu ilə bir araya gələcək.

TBMM-dəki Mərmər Zalında keçiriləcək görüş “Terrorsuz Türkiyə” prosesi çərçivəsində Kurtulmuş və Kılıçdaroğlu arasında ilk təmas olacaq.

Məlumata görə, görüşlərdə proseslə bağlı nəzərdə tutulan hüquqi tənzimləmələr və parlamentdə atılacaq addımlar müzakirə olunacaq.